!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Toysuzluqdan bezən Nazim: ”Onurğamız əyilib”

!Reklam – Yazi

“Şükür Allaha, ac da deyilik, soyuducumuz doludur, amma işsizlikdən onurğamız əyilib”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Faytonçu Nazim pandemiyanın yaradıcı insanlara vurduğu ziyandan danışarkən deyib.

Sənətçi səbrsizliklə toylarla bağlı qadağanın aradan qalxacağı günü gözləyir:

“Dolanışığımız toylardandır, buna görə də səbirsizliklə gözləyirik ki, toylar başlasın. Ümumiyyətlə, bu pandemiya musiqi sahəsini məhv etdi. Qazanan bir neçə sahə oldu. Apteklər dayanmadan işləyir. Bir koronavirus xəstəsinin müalicə xərci 2 min manata gəlib çıxır. Ətrafımda olan insanlar azı 2 min manat dava-dərmana pul xərclədilər ki, sağalsınlar”.

Nazim pandemiya dönəmində “dal gün” üçün yığdığı pulla dolandığını bildirib:

“5-3 manat pulum vardı, bir ili bu pulla dolandım. O pul da xərclənib, gedib. Amma kişi üçün pul qazanmaq eyib deyil, lazım gəlsə, “moyka”da da işləyər. Sağ olsun restoranlardakı dostlarım, təklif etdilər ki, evdə oturmaqdansa, müəyyən məbləğ ödəyək, gəl oxu. İndi restoranda çalışıram. Vəziyyət çox acınacaqlıdır. Teatrlar, Heydər Əliyev Sarayı, o biri musiqi mərkəzləri bağlıdır, həyat dayanıb. Kimin dolanışığı yoxdursa, Allah kömək olsun”.

Cəvahir

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv