!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toyuğun içinə narkotik qoyub həbsxanaya keçirmək istədi - FOTO

!Reklam – Yazi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Yenicag.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə – metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv