Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Toyuq dönəri biznesi” kimin monopoliyasındadır?

ziyeddin01-1PicsArt_1399369461089Ziyəddin Kazımov Səhiyyə Nazirliyinin qərarından ayda nə qədər qazanır?

2006-cı ilə qədər sərbəst olan toyuq dönəri həmin il dünyada yayılan “quş qripi” virusuna görə qadağan edildi. Ondan sonrakı illərdə də bu qadağa davam etdi. Bu gün də respublikada rəsmi olaraq, toyuq dönərinin satışı qadağandır.

Bəs reallıqda vəziyyət necədir? Bu gün şəhərin mərkəzində sadəcə “şaurma”çılar günlük bir tona yaxın toyuq dönəri satırlar. Şaurma ilə dönərin fərqi isə sadəcə mayonezindədir. Bəzi yerlərdə isə turşu xiyarla toyuq dönəri şaurmaya “çevrilir”.

Bəs doğrudanmı toyuq ətindən dönər qadağan olunmalıdır? Yuxarıda qeyd etdiyimiz kimi toyuq ətindən dönərin qadağan olunmasının başlıca səbəbi “quş qripi” idi. Rəsmi statistik məlumatlara görə, 2007-ci ildən bu tərəfə ölkə daxilində “quş qripi” müşahidə edilməmişdir. Belə olan təqdirdə, Səhiyyə Nazirliyinin bu epidemiyanı nəzərə alaraq, çıxardığı qərarın hökmü keçərlidirmi?

Əslində hər şey dönər satanların savadsızlığından qaynaqlanır. Öz hüquqlarını bilən istənilən dönər satıcısı Səhiyyə Nazirliyini məhkəməyə verərək, bu əsassız qanunu ləğv etdirə bilər.

Nə üçün Səhiyyə Nazirliyi bu qərarı ləğv etmir? Yenicag.az-a daxil olan məlumata görə, bu məsələ Səhiyyə Nazirliyi üçün ciddi gəlir mənbəyidir. Bu biznesə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımovun başçılıq etdiyi bildirilir. Qeyd olunur ki, hər toyuq dönəri satan obyektdən minimum 50 manatdan pul yığılır. Nəzərə alsaq ki, Bakıda yüzlərlə toyuq dönəri satan obyekt var, o zaman rəsmən qadağan olunan məhsulun satılmasından nə qədər əldə edildiyini təxmin etmək çətin deyil. Ziyəddin Kazımovu bu məsələdə kimin himayə etdiyi bəlli olsa da, hələlik bəzi faktların dəqiqləşdirilməsi lazım olduğundan açıqlamırıq. Ziyəddin Kazımovun adı isə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şəhərdə bütün obyektləri gəzən həkimlərinin dilindədir.

Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dərc edə bilərik.

www.yenicag.az

1403