!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Toyxana mahnılarını efirdə oxuma!" - Əli Mirəliyev KİMƏ QƏZƏBLƏNDİ?

!Reklam – Yazi

“Toy bazarında oxuduğun toyxana mahnılarını efirə gətirmə”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

Sənətçi musiqiyə yad ritmlər gətirən, onu bayağılaşdıran müğənnilərlə bağlı sərt iradlar səsləndirib:

“Azərbaycan musiqisini Azərbaycan dilində oxumaq lazımdır. Rus və digər əcnəbi dillərdə yox. Məgər anan sənə laylanı rus dilində oxuyub? Olmaz! Toylarda oxuduğunuz mahnıları səhnədə, efirdə oxuyub, musiqimizin adına xələl gətirməyin. Siz oxuyursuz, kənardan baxan da deyir, musiqimiz yəqin elə bu mahnılardan ibarətdir. Mən demişəm, yenə deyəcəm, Azərbaycan musiqisini düzgün oxuyun, yad ritmlərlə onu bayağılaşdırmayın”.

Cəvahir

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv