Reklam: High Technic
hightechnic

Toz dumanı olacaq - Azərbaycanda

Bakıda və Abşeron yarımadasında 09 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumatda deyilir.

Bildirilir ki, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.

www.yenicag.az

2969