!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TQDK imtahan cavablarını açıqladı

!Reklam – Yazi

1303241391_imtahanTələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirilən qəbul imtahanlarında istifadə edilən suaların düzgün cavablarını açıqlayıb.

Yenicag.az  xəbər verir ki, imtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 17-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv