!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trabzonda YAP nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

!Reklam – Yazi

Trabzon Böyükşəhər Bələdiyyəsində Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə görüş baş tutub.

Yenicag.az xəbər verir ki, görüşdə iki dövlət arasında, həmçinin YAP və AKP arasındakı münasibətlər barədə geniş müzakirələr aparılıb.

Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Murad Zorluoğlu Azərbaycan nümayəndə heyətini salamlayaraq iki ölkə arasındakı dostluq-qardaşlıq bağlarından danışıb:

“Azərbaycanın yeri Türkiyədə başqa, Trabzonda başqadır. Özəlliklə İkinci Qarabağ savaşı zamanı Trabzonda tamamilə ayrı ab-hava var idi. “Bir millət, iki dövlət” anlayışını məhz həmin dönəmdə ən yüksək səviyyədə hiss edirdik. Trabzonla Azərbaycan şəhərləri arasında irəliləyən zamanda daha sıx əlaqələrin olacağına inanırıq”.

Murad Zorluoğlu Türkiyə-Azərbaycan timsalında bir-birilərinə bu formada sevgi ilə baxan, canla-başla bağlı olan ikinci bir nümunənin olmadığına diqqət çəkib.

Azərbaycan nümayəndə heyətinin sədri deputat Tahir Rzayev Türkiyəyə, Trabzona gəlişlərinin bir neçə bayramla üst-üstə düşdüyünü vurğulayıb: “Səfərimiz Ramazan bayramı, Türkiyə Cümhuriyyətinin 100 illiyi, həmçinin Ulu Öndər Heydər Əliyevin yubileyi ilə eyni vaxta təsadüf edir. Yəni bu səfər bir neçə bayram ab-havasını özündə ehtiva edir. Azərbaycan-Türkiyə qardaşlığı daimidir, əbədidir. Biz – Türkiyə və Azərbaycan xalqları eyni ruhda, eyni canda, eyni düşüncədə olan xalqlarıq. Biz bunu daima hiss etmişik. Qarabağ müharibəsində, Çanaqqala müharibəsində bu qardaşlıq özünü göstərmiş, bu günün özündə də göstərməkdədir”.

Nümayəndə heyətinin rəhbəri bu yaxınlarda İrəvandakı ağır atletika üzrə Avropa birinciliyində türkiyəli idmançıların zəfərlərini Azərbaycana həsr eləməsini bu qardaşlıq münasibətlərinin təcəssümü adlandırıb: “İrəvandakı çempionatda Cansu və Qəmzənin zəfərlərini Azərbaycana həsr eləməsi bizim qardaşlığımızın bir daha sübutudur”.

Tahir Rzayev Türkiyənin yaxın zamanlarda gedəcəyi böyük seçkinin əhəmiyyətini qeyd edərək, türk xalqının bu böyük seçimdə ən doğru qərar verəcəyinə inandığını deyib.

Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova da, öz növbəsində, Türkiyə-Azərbaycan xalqlarının qardaşlığından bəhs edib. İradə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı elmi-tədqiqat işlərinin bir qisminin toplandığı kitabları Trabzon Böyükşəhər Bələdiyyə sədrinə hədiyyə edərək Ulu Öndərin Türkiyə ilə qardaşlıq münasibətlərinə verdiyi qiymətdən danışıb. Professor iki dövlət arasında olan dostluq-qardaşlıq münasibətinin hər iki xalq adına fəxarət hissi olduğunu qeyd edib.

Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycan-Türkiyə arasındakı münasibətin siyasi deyil, sırf qardaşlıq kökünün olduğunu xüsusilə vurğulayıb: “Biz bunu tarixən görmüşük, hiss etmişik. Və bu dünya xalqları arasında olmayan bir bağdır”.

Milli Məclisin deputatı Nizami Cəfərov Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini və bunun xalqlar arasındakı qardaşlıq əlaqələrinə töhfə verdiyini qeyd edib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Türkiyədə baş vermiş zəlzələ və onun faciəvi tərəflərinin Azərbaycan xalqını dərindən sarsıtdığını diqqətə çatdırıb: “Biz də qardaş ölkə olaraq, əlimizdən nə gəlirsə, etməyə hazırıq, necə ki etmişik. YAP və AKP arasındakı münasibətlərin son dövrlərdə yüksələr xətlə inkişafı, intensiv hal alması iki dövlət arasındakı münasibətlərə fayda verməkdədir”.

Çıxışlardan sonra müzakirələr davam etdirilib.

//apa

 

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv