Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Traktorçu karxanada öldü - Cinayət işi açıldı

İmişli rayonunda qum-çınqıl karxanasında baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Yenicag.az-ın məlumatına görə, rayonun Şahverdili kəndi ərazisində Hüseynov Eldar Abı oğluna məxsus qum-çınqıl karxanasında rayonun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlu traktorun idarəetməsini itirərək karxana ərazisindəki kanala aşırıb. Nəticədə F.Məmmədov kanalda boğulub ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

www.yenicag.az

3758
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100