ABŞ prezidenti Donald Tramp Londonun meri Sadiq Xanın şəhərdə baş verən terror hadisəsindən sonra verdiyi açıqlamanı pisləyib.
Yenicag.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, prezident bu barədə tvitterdə yazıb. Belə ki, Sadiq Xan hadisədən sonra verdiyi şərhdə sakinlərə “narahat olmayın”, – deyə müraciət edib.
Tramp isə bu məsələyə belə münasibət bildirib:
“Ən az 7 ölü və 48 yaralı var. Londonun meri isə deyir ki, narahatlığa heç bir əsas yoxdur”.
Qeyd edək ki, Sadiq Xan bildirmişdi ki, parlament seçkilərini 4 iyun gecəsi baş verən terror hadisəsi ilə bağlı təxirə salmağa ehtiyac yoxdur.
Xatırladaq ki, adıçəkilən mer Böyük Britaniyanın Leyboristlər Partiyasından seçilmiş ilk müsəlmadır.