Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp ona qarşı aparılan istintaqdan danışdı: "Sübut tapmadılar"

ABŞ prezidenti Donald Tramp ona qarşı aparılan istintaq işinə mane olmaqda ittiham olunub.

Yenicağ.az xarici mediaya istinadən xəbər verir ki, Tramp “Twitter” səhifəsində bu ittihamı şərh edib.

“Onlar ruslarla sövdələşmə barədə yalan uydurdular. Sübut tapmadılar. İndi isə onlar bu yalan hadisəylə bağlı ədalətin bərpa olunmasına mane olmaqdan danışırlar. Pis deyil”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, “Washington Post” qəzeti “Rusiya işi” ilə bağlı işin gedişatına mane olunması ehtimalına görə prokuror Robert Mullerin Donald Trampa qarşı istintaq apardığını yazıb. Adını açıqlamayan mənbənin məlumatına görə, istintaq may ayında Federal Araşdırmalar Bürosunun direktoru Ceyms Kominin işdən qovulmasından sonra başlayıb. “Rusiya işi” ilə bağlı məlumatı həm “Ağ Ev”, həm də Kreml təqzib edib.

Yenicag.az

Loading...

www.yenicag.az

457
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100