Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp Peterburqdakı partlayışı dəhşətli hadisə adlandırıb

ABŞ prezidenti Donald Tramp Sankt-Peterburq metrosunda partlayışı dəhşətli hadisə adlandırıb.

Yeniçağ.Az-ın məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp, Misir dövlətinin başçısı Abdel Fəttah as-Sisi ilə Ağ Evdə danışıqlar zamanı jurnalistlərin suallarını cavablandıran hadisəyə belə qiymət verib:

“Dəhşətli. Dəhşətli şeydir. Bütün dünyada bu baş verir. Çox dəhşətli şeydir”.

Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
Rusiya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. Hadisəyə görə, 3 günlük matəm elan edilib.

Yeniçağ.Az

www.yenicag.az

314