!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Putinin Ukraynaya hərbi müdaxiləsi haqda: “Dedim ki, bunu etsən, cəhənnəmlik olacaqsan”

!Reklam – Yazi
Donald Tramp prezidentliyi dönəmində Rusiya liderini Ukraynaya hərbi müdaxilədən çəkindirdiyini bildirib.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən danışan ABŞ-nin sabiq lideri Donald Tramp deyib.
Eks-prezidentin sözlərinə görə, o, hakimiyyətdə olsaydı, Putin Ukraynaya hərbi müdaxilə etməyəcəkdi:
“Mənim Putinlə çox yaxşı münasibətm olub. Onu nəzərdə tuturam ki, münasibətimiz vaxtilə çox yaxşı idi. Ancaq çoxdandır, Putinlə əlaqəm olmayıb.
O, bu addımı mən hakimiyyətdən getdikdən sonra atdı. Bilirdim ki, o, Ukraynaya hücum edə bilər.
Putinlə söhbətlərimdə ona deyirdim ki, əgər Ukraynaya hərbi müdaxiləyə əl atsan, cəhənnəmlik olacaqsan. Böyük faciə yaşanacaq, bunu etmə”.

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv