Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp Şimali Koreyaya gedəcək? – Vaşinqton və Pxenyanda qeyri-müəyyənlik

Şimali Koreya lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampı ölkəsinə dəvət etdiyi bildirilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Cənubi Koreyanın “Joongang Ilbo” nəşri yayıb.

Məlumata görə, Kim avqustun 3-cü həftəsində Donald Trampa məktub göndərərək, onu Pxenyana dəvət edib. Donald Tramp isə sentyabrın 9-da açıqlama verərək, Kim Çen Indan 3 səhifəlik məktub aldığını və yaxında görüşə biləcəklərini bildirib.

Yayılan məlumatların nə dərəcədə düzgün olub-olmadığını öyrənmək üçün Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-a müraciət olunub. Nazir açıqlamasında Pxenyandan Vaşinqtona məktub göndərildiyini dəqiqləşdirsə də, onun məzmunu haqda danışmaqdan yayınıb.

ABŞ və Şimali Koreya isə sözügedən məlumatlara hər hansı formada aydınlıq gətirməyib.

Firuzə Alimova

www.yenicag.az

1858