!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ qoşunlarını bir neçə ölkədən çıxaracaq

!Reklam – Yazi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn il yenidən prezident seçiləcəyi təqdirdə bir neçə ölkədən Amerika qoşunlarını çıxaracağını bildirib.

Yenicag.az xəbər verir ki, Tramp bu barədə Ayovada tərəfdarlarının qarşısında çıxışı zamanı deyib.

“Biz fermerlərimiz üçün əlverişli şərait yaratmadan hərbi müdafiəyə və başqa şeylərə milyardlarla dollar xərcləyirik. Bizim qoşunlarımız onların ölkələrini qoruyur, bizə isə demək olar ki, heç bir vəsait verilmir. Bunu etmək yaxşı deyil, onların çoxu bizə nifrət edir, amma biz onları qoruyuruq. Bütün bu qoşunlar dərhal evə qayıdacaq və biz bu ölkələrə pul xərcləməyəcəyik”, – deyə o bildirib.

Lakin o, hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.

Bundan əlavə, Tramp gübrə qiymətlərini əhəmiyyətli dərəcədə azaldacağına, habelə hazırkı administrasiyanın amerikalı fermerlərə zərər vuran bütün fərmanlarını ləğv edəcəyinə söz verib.

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv