!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampdan NATO ölkələrinə TƏHDİD: “O, hakimiyyəti dövründə ABŞ-ın blokdan çıxa biləcəyini...”

!Reklam – Yazi

“İndi ABŞ-da seçki prosesi sürətlənir və Trampın yenidən hakimiyyətə gəlmə şansı çox böyükdür”.

Bu fikirləri ABŞ-da respublikaçıların prezidentliyə əsas namizədı sayılan Donald Trampın Rusiyanı NATO-ya üzvlük haqqı ödəməyən ölkələrə yönəlik hücuma təşviq edəcəyinə dair xəbərdarlığına münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadənn sözlərinə görə, Trampın yenidən hakimiyyətə qayıtma ehtimalı yüksək olduğundan, onun bu mesajına ciddi yanaşılmalıdır:

“NATO-nun yaranmasında ABŞ-ın rolu həlledici olub və bu illər ərzində Amerika blokun əsas sponsoru kimi çıxış edib. Trampın birinci prezidentliyi dönəmində NATO üzvü olan ölkələrlə blokun maliyyələşdirilməsi məsələsində kəskin fikir ayrılıqları olmuşdu.

Tramp çıxışlarında dəfələrlə qeyd etmişdi ki, ABŞ təkbaşına NATO-nun sponsoru ola bilməz, digər ölkələr də üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər, əks halda, NATO lazımsız quruma çevirləcək.

O hətta özünün prezidentliyi dövründə ABŞ-ın NATO-dan çıxa biləcəyini də açıq şəkildə bildirmişdi. İndi ABŞ-da seçki prosesi sürətlənir və Trampın yenidən hakimiyyətə gəlmə şansı çox böyükdür. Ancaq ABŞ-ın üç ştatında onun haqqında 3 cinayət işi açılıb. Əgər o cinayət işlərinə xitam verilsə, Tramp böyük ehtimalla, hakimiyyətə gələcək”

Səxavət Məmməd

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv