!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın “gizli sandığı” üzə çıxdı: İllər öncə porno ulduzla... - FOTO

!Reklam – Yazi

ABŞ-nin sabiq prezidenti Donald Tramp həbs edilə bilər. Belə ki, o, amerikan porno ulduzu Stormi Danielsə yüklü miqdarda pul ödəməklə ittiham olunur. İddiaya görə, Tramp 2016-cı ildə baş tutan prezident seçkiləri ərəfəsində bu addımı atıb.

Yenicag.az xəbər verir ki, sabiq prezident bütün ittihamları rədd edir. Hətta məhkəmənin araşdırmasına əsasən, verilən məbləğ 130 min dollardan çoxdur.

İstintaqı davam etdirən prokuror Alvin Braq bildirib ki, Trampın vəkili də bütün iddiaları təkzib edir.

Məsələnin təfərrüatlarına gəldikdə isə, Tramp prezident olduqdan sonra Stormi onunla keçmişdə cinsi münasibət yaşadığını və bunu bütün mediaya yayacağını bildirib. Donald Trampın komandası məsələdən agah olduqdan sonra porno ulduza ödəniş edərək onu susdurub.

Məsələ ilə bağlı sabiq prezident bir müddət əvvəl “Twitter”də paylaşmışdı ki, onun heç bir günahı yoxdur:

“Mən heç vaxt Stormi ilə nə intim əlaqədə, nə də normal münasibətdə olmuşam”,

Qeyd edək ki, D. Trump Amerika tarixində ittiham olunan ilk prezidentdir.

Şahanə Paşa

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv