!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Trampın manevr “meydança”sı daralacaq” – Rusiyalı politoloq

!Reklam – Yazi

“Demokratların uğuru Trampın biznesi və Rusiya ilə əlaqələrinə dair təhqiqatı daha da gücləndirəcək”.

Bu fikri Yenicag.ru-ya müsahibəsində ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkiləri üzrə nəticələrin prezident Donald Trampın siyasi taleyinə mümkün təsirini dəyərləndirən Rusiyalı politoloq, “Tsarqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov deyib.

Kamran Həsənovun sözlərinə görə, Nümayəndələr Palatasında üstünlüyü təmin edən demokratlar prezident Trampın qanunvericilik təşəbbüslərinin qarşısını almaq imkanı qazanıblar:
“Demokratların Nümayəndələr Palatasında say üstünlüyünə malik olmaları Trampın manevr “meydança”sını daraldacaq. Prezidentin təşəbbüsü ilə təqdim olunan qanun layihələrini Nümayəndələr Palatasında təsdiq etdirmək də xeyli çətinləşəcək – çünki demokratlar bu kimi təşəbbüslərin qarşısını ala biləcəklər.

Miqrasiya siyasətinə gəldikdə, bildiyiniz kimi, Tramp bu istiqamətdə sərt xətt yürüdülməsinin tərəfdarıdır. Ancaq həmin məsələnin necə həll olunması cənub sərhədlərindəki böhranın dərinləşməsindən asılı olacaq. Lakin dəqiqdir ki, Tramp Meksika ilə sərhəddə divar çəkilməsi üçün pul ala bilməyəcək.

Eyni zamanda, demokratlar büdcəyə təsir imkanlarından yararlanaraq, vergi qanunvericiliyinin dəyişdirilməsinə də qarşı çıxacaqlar. Bununla belə, Çin mallarının ABŞ bazarına daxil olmasını məhdudlaşdırmaq məsələsində respublikaçılarla demokratlar arasında konsensus mövcuddur.

Digər tərəfdən, demokratlar həmçinin Trampa və respublikaçılara antiRusiya siyasətinin yumşaldılmasına imkan verməyəcəklər. Dövlət Departamentinin “Skripal işi” ilə bağlı sanksiyaların genişləndiriləcəyinə dair bəyanatı da bu fikirləri təsdiqləyir. Demokratlar Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə göz yumulması ilə də razılaşmayacaqlar.

İrana qarşı sanksiyalar artıq qüvvəyə mindiyi üçün ABŞ xarici siyasətinin bu istiqamətində ciddi dəyişiklik gözləmirəm. Lakin demokratlar Şimali Koreyaya qarşı siyasətin sərtləşdirilməsində israr edəcəklər.

Ümumiyyətlə isə Trampın hakimiyyətdə olduğu, Senatda isə üstünlüyün respublikaçıların əlində qaldığı dönəmdə ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər gözlənilmir”.

Qafqaz Ömərov

www.yenicag.az

2427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv