!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın mülkündən götürülən gizli sənədlər bu iki ölkə ilə bağlı olub

!Reklam – Yazi

“ABŞ-nin keçmiş prezidenti Donald Trampın Mar-a-Laqo malikanəsində Federal Təhqiqat Bürosu (FTB) tərəfindən müsadirə edilən sənədlərdə İran və Çinlə bağlı məxfi kəşfiyyat məlumatları var idi”.

Bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Mənbələrin məlumatına görə, bu sənədlərdən ən azı birində İranın raket proqramından bəhs edilir. Digər sənədlərdə Çin Xalq Respublikası ilə bağlı xüsusi kəşfiyyat fəaliyyəti təsvir edilib.

Bildirildiyinə görə, sənədlərdə yer alan məlumatlar ABŞ-nin istifadə etdiyi məlumat toplama metodlarını ifşa edə bilər. Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatların açıqlanması Amerika kəşfiyyatına kömək edən insanlara təhlükə yaradacaq. Məlumat toplamaq metodları isə pozula bilər. Həmçinin qeyd edilir ki, digər ölkələr və ya ABŞ-nin düşmənləri ABŞ-nin gizli şəkildə etdiyi hərəkətlərə görə qisas ala bilərlər.

ABŞ-nin keçmiş prezidentinin malikanəsində axtarışlar zamanı tapılan İran və Çinlə bağlı sənədlər ən məxfi sənədlərdən hesab olunur.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv