!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın telefon zənglərinin MONİTORİNQİ: “Kapitoli işi” böyüyür

!Reklam – Yazi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın telefon zənglərinin araşdırılması qərara alınıb. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresi bu ilin yanvarında Kapitoliyə hücumda Donald Trampın iştirakını müəyyənləşdirmək üçün onun telefon zənglərinin araşdırılması haqda qərar qəbul edib.

Bu barədə məlumatı Konqresdə “Kapitoli işi”ni araşdıran komitənin rəhbəri Benni Tompson açıqlayıb.

Qeyd olunur ki, burada komitəni maraqlandıran əsas məqam Vaşinqtondakı “Willard” otelinə edilən zənglərdir. İnformasiyaya əsasən, Tramp yanvarın 5-i axşam və yanvarın 6-sı səhər saatlarında həmin otelə bir neçə dəfə zəng vurub.

Ehtimal olunur ki, Tramp həmin telefon danışıqlarında Co Baydenin qalib elan olunmasına qarşı etiraz aksiyalarının formalarını müzakirə edib.

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv