!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Trampın yenidən seçilməsi Ermənistan üçün risklidir” – Erməni politoloq

!Reklam – Yazi

“Trampın yenidən Amerika prezidenti seçilməsi Ermənistan üçün riskli ola bilər”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan jurnalistlərlə söhbətində deyib.

O, jurnalistlərin “Tramp ABŞ prezidenti seçilsə, həm Cənubi Qafqazda, həm də Türkiyə və İsraillə münasibətlərdə hər hansı əsaslı dəyişikliklər olacaqmı?” sualını cavablandırıb.

“Trampın dövründə ABŞ heç bir müharibəyə başlamadı. Amma onun dövründə Ermənistan-Azərbaycan müharibəsi baş verdi ki, bu da ABŞ-nin icazəsi olmadan baş verə bilməzdi.

Digər tərəfdən, Trampın dövründə Çinlə münasibətlər gərgin idi. O, bu siyasəti yeridirdi. Həm də İranla nüvə proqramından çıxış Trampın dövründə olub.

O, İsraildən böyük narazılığı olan Obamadan fərqli olaraq İsraili dəstəkləmək siyasəti yürüdürdü.

Yəni Çinə qarşı daha sərt iqtisadi siyasət apara bilər. Ukraynada müharibənin səngiməsi də mümkündür.

Digər tərəfdən Trampın Ərdoğanla yaxşı münasibətləri olub. Qarabağ müharibəsi Trampın dövründə başlayıb.

Onun Netanyahu ilə münasibətləri çox yaxşı idi. Mən bunu niyə təkrar edirəm, çünki düşünürəm ki, Trampın seçilməsi Ermənistan üçün riskli ola bilər”, – Danielyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv