www.sinerjipro.net

SinerjiProWide
Reklam

ABŞ prezidenti Donald Tramp seçkilərdə verdiyi vədə uyğun olaraq bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətindədir. Bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

Görəsən, belə bir söhbət baş tuta bilərmi? Baş tutarsa, hansı nəticələrə səbəb olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Tramp-Putin görüşü dünyada yaşanan gərginliyin azaldılmasına müəyyən dərəcədə töhvə verə bilər:

“Tramp seçkiqabağı çıxışlarında da deyirdi ki, Rusiya ilə yaxınlaşmaq, Putinlə münasibət qurmaq istəyir ki, beynəlxalq terrorçulara qarşı birgə mübarizə aparılsın. Bu, Putinin də maraqlarına cavab verir. Çünki Putinin, ondan əvvəl isə Medvedyevin Barak Obama ilə münasibətləri alınmadı. Bunun da obyektiv səbəbləri vardı. Rusiya Krımı işğal etmək, Donbas separatçılarına dəstək verməklə nəinki ABŞ, Avropa ilə də münasibətlərin korlanmasına rəvac verdi. İndi Tramp Ukrayna, Krım məsələsini bir qədər arxa plana çəkərək, Putinlə münasibətləri yenidən bərpa etmək istəyir. Onlar arasında olması gözlənilən telefon danışıqlarından sonra hətta mümkündür ki, hansısa üçüncü bir ölkədə görüşləri də baş tutsun. Çünki indiki zamanda, nə Putinin Vaşinqtona, nə də Trampın Moskvaya səfər etmələri mümkün deyil. Amma üçüncü ölkədə görüşüb, fikir mübadiləsi apara bilərlər. Ya da Tramp dövlət katibini Moskvaya, Putin də Lavrovu Vaşinqtona göndərər. Bir sözlə, artıq münasibətlərin qurulması istiqamətində müəyyən körpülər yaranır. Onlar arasında indilikdə ancaq beynəlxalq terrorçulara qarşı birgə mübarizə və nüvə silahlarının azaldılması ilə bağlı razılaşma əldə edilməsi sahəsində irəliləyişlər ola bilər. Putin Amerika ilə yaxınlaşmaq üçün buna da gedə bilər. Onun istəyi odur ki, Tramp sanksiyaları götürsün, Krımı Rusiya ərazisi olaraq tanısın. Düşünürəm ki, Trampla Putinin söhbətləşməsi və görüşü beynəlxalq miqyasda hazırda yaşanan gərginliyin müəyyən qədər azalmasına səbəb olacaq. Bu iki böyük dövlət arasında münasibətlərin gərgin olması istər-istəməz digər istiqamətlərə də mənfi təsir edir. Lakin Avropa Rusiyaya qarşı sanksiyaları yumşaltmaq istəmir. Bu mənada Amerika təkbaşına hərəkət etməklə Avropadan olan tərəfdaşları ilə münasibətlərdə problemlər yaşaya bilər ki, nəticədə ABŞ təcrid olunar. Və bu da Vaşinqtonun təhlükəsizlik maraqlarına cavab vermir”.

 

ELÇİN

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."