!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Trend” havasına oynayanlar, “rakkıdı-çıkkıdı” mahnılar...- Hit musiqilər niyə NİSSƏ ÇƏKİLİB?

!Reklam – Yazi

Son vaxtlar efirlərdə tez-tez müğənnilərin dilindən belə ifadələr eşidrik: filan mahnım trendə düşüb, filan mahnım milyonlarla baxış sayı yığıb və s…

Təəssüf ki, keyfiyyət kəmiyyətlə ölçülür. Hansı ki, o kəmiyyətə də saxta yollarla nail olunur. Müğənni pulunu verir və saxta baxış saylarının hesabına efirlərdə «hava atır». Nəticədə bayağı mahnılar ayaq tutub yeriyir.

Bu mahnılarla böyüyən zövqsüz nəsil formalaşır. Uşaq vaxtı dinlədiyim musiqilər bu gün də yaddaşımdadır. Bəstəkarı, söz müəllifi, ifaçısı kimdir əzbər bilirəm. Amma bu gün trend adı ilə dinləyiciyə sırınan o mahnıların ömrü 3-5 gündür.

Üçgünlük-beşgünlük mahnılar musiqimizi günlərlə deyil, illərlə geri salır. Gəlin nəzər salaq, 90-cı illərdən bu yana hansı hitlər yaranıb? Lap elə “2000”ləri götürək… Hansı mahnının adını çəkə bilərik ki, əsl musiqi əsəri kimi yaddaşlarda yaşayır. Bəlkə də barmaqla sayılacaq qədərdir.

Keyfiyyətli musiqi üç nəfərin məhsuludur – şair, bəstəkar və müğənninin. Bu gün hər kəs özü yazır, özü bəstələyir, özü də oxuyur. Oxunan mahnılar da “çıkkada-çukkada” səviyyəsindən o yana keçmir.

Bu gün keyfiyyətli hitlər deyəndə 50 il əvvəl bəstələnən sənət əsərləri yada düşür, hansı ki, o mahnılar bu gün də dinlənilir. Amma gəlin görək, 30-50 ildən sonra Azərbaycan musiqiləri deyəndə hansı mahnıların adı çəkiləcək? Bax, bu, sual altındadır.

Cəvahir

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv