Ads by Google

hightechnic
Ads by Google

treen

“Trend” müstəqil informasiya agentliyi 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə “Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. “Trend” “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında “Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb.

“Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

Agentliyin tərəfdaşları sırasında “Deutsche Press Agentur” (Almaniya), “Xinhua” (Çin), “Cihan” (Türkiyə), IRNA dövlət agentliyi (İran), “RİA Novosti” (Rusiya), “Deutsche Welle” (Almaniya), “RosBusinessConsulting” (Rusiya), “Afghan Voice Agency” (Əfqanıstan), “Yonhap” (Cənubi Koreya), “Kavkaz-press” (Gürcüstan), “Maghreb Arab Press” Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, “Hovar” (Tacikistan), BTA (Bolqarıstan), “Ukrinform” (Ukrayna), “Kazinform” (Qazaxıstan), “Montsame” (Monqolustan), “Agerpress” (Rumıniya), SANA (Suriya), “Jahon” (Özbəkistan), “Kabar” (Qırğızıstan) və digərləri var.

“Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."