!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Trendyol” adından saxta iş təklifləri... – Xəbərdarlıq

!Reklam – Yazi

Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə “Тrendyol” şirkəti adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir.

Yenicag.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edib.

Qeyd edək ki, “Тrendyol” mərkəzi ofisi İstanbulda yerləşən e-ticarət bazarıdır. “Тrendyol” 2010-cu ildə geyim məhsulları üçün alış-veriş saytı kimi yaradılıb. Böyüməsi ilə paralel olaraq təklif etdiyi məhsul və xidmətləri genişləndirərək bazar formatına çevrilən saytda moda, elektronika, ev və mebel, qida, ana-uşaq, kosmetika kimi bir çox kateqoriyada satış həyata keçirilir.

//axar.az

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv