!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TRT-də Xocalı soyqırımı səfərbərliyi - İbrahim Ərəndən təqdirəlayiq hərəkət

!Reklam – Yazi

Xocalı soyqırımının 26-cı ildönümü Türkiyənin də gündəmindədir.

Yenicag.az xəbər verir ki, bu gün qətliamla bağlı Azərbaycanda olduğu kimi, qardaş ölkədə də müxtəlif tədbirlər keçirilir, soyqırımdan danışılır.

Bundan başqa Türkiyədən olan nüfuzlu şəxslər də şəxsi “twitter” hesablarında Xocalı həqiqətlərindən yazır, Azərbaycan xalqına başsağlığı verir, ermənilərin vəhşiliyini qınayırlar. Bu şəxslərdən biri də TRT-nin baş direktoru İbrahim Ərəndir.

O, soyqırımla bağlı paylaşım edərək, Azərbaycan xalqının yanında olduğunu bildirib, şəhidlərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, TRT bu cür həssas məqamlarda daim Azərbaycan xalqının yanında olub. Heç təsadüfi deyil ki, istər Türkiyənin dövlət kanalında, istərsə də TRT-nin tərkibində olan digər telekanallarda Xocalı həqiqətləri daim işıqlandırılır.

Eyni zamanda həm Azərbaycanda, həm də qardaş ölkədə Xocalı ilə bağlı keçirilən tədbirlərə də sözügedən televiziya məkanında yer ayrılır.

www.yenicag.az

1518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv