!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış prodüserdən telekanallara SƏRT İRAD: “On bayağı müğənni çağıranda, bir dəfə də...”

!Reklam – Yazi

“24 ildir bu sənətdəyəm, bir dəfə də olsun, kiməsə zəng vurub deməmişəm ki, məni verilişə çağır”.

Bu sözləri son dövrlərdə efirlərdə görünməməsinin səbəbləri haqda danışan tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Bir neçə məşhur musiqi qruplarının yaradıcısı olan prodüser telekanallarda bayağı müğənnilərin təbliğ olunduğunu, əsl sənətkarların efirlərə çağırılmadığını təəssüflə bildirib:

“Telekanaldakılara sual ünvanlamaq lazımdır ki, o bayağı müğənniləri tanışlıq, pul-para, ya nəyinsə xatirinə efirlərə çağırırsınız, lap yaxşı, özünüz bilərsiniz. Bəs yaxşı, bu sənətkarları efirlərə niyə çağırmırsınız?

Sənətdə sözünü demiş tanınmış müğənnilər, rejissorlar, prodüserlər, aktyorlar var, on bayağı müğənnini dəvət edəndə, heç olmasa, bir dəfə də sənətkar dəvət edin. Deməli, təqsir elə telekanallardadır.

24 ildir bu sənətdəyəm, bir dəfə də olsun, kiməsə zəng vurub deməmişəm ki, məni verilişə çağır. Bilirlər ki, biz varıq, çağırsınlar, niyə çağırmırlar? Durub kiməsə yalvarası deyiləm ki…

Televiziyalar özləri o insanları təbliğ edirlər. Bayağı müğənnilərin təbliğatına gəlincə, deyirlər, xalqın gözü tərəzidir. Hər zaman dediyim sözü yenə təkrar edirəm: demək ki, tərəzi xarab olub. Yəqin xalq onları tələb edir ki, telekanallar da onlara üstünlük verir.

Bu da o deməkdir ki, bizdə incəsənət məhv olub gedir. Son vaxtlar kimi dindirirsən deyir, mən televizora baxmıram. Bu dəqiqə sosial şəbəkələr telekanallardan güclüdür. Adi “Tik-Tok” televiziyadan çox izlənilir. Televiziyadakı verilişə min adam baxırsa, “Tik-Tok”da bir videonun milyonlarla izlənməsi olur.

Telekanallar vəziyyətdən çıxmaqda özləri maraqlı olmalıdır, bu məsələyə əncam çəkməlidir. Anlamalıdır ki, strukturu dəyişib yenilik etmək lazımdır. Problem ondadır ki, elə şou-biznes də batıb gedir”.

Cəvahir

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv