Rusiyanın Qara dənizə düşmüş “Tu-154” təyyarəsinin xeyli sayda yeni fraqmentləri və qurbanların cəsədlərinin qalıqları aşkarlanıb.
Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə güc strukturlarından bildirilib.
“Eni 2,5-5 metr, uzunluğu isə 200 metr olan sahədə təyyarənin xeyli sayda yeni fraqmentləri və qurbanların cəsədlərinin qalıqları aşkarlanıb”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, təyyarənin üç fraqmenti sahildən 4,5 km aralıda, 20 metr dərinlikdə aşkarlanıb. Onlardan birinin uzunluğu 3 metr, digərinin 60 metr, üçüncünün isə 5 metrdir.
Qeyd edək ki, bundan əvvəl təyyarənin üç “qara qutusu” tapılıb.
Xatırladaq ki, dekabrın 25-də Suriyaya uçan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizə düşüb. Təyyarənin göyərtəsində 92 nəfər olub.
Yeniçağ.Az