!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tualetdə smartfondan istifadə etmək TƏHLÜKƏLİDİR

!Reklam – Yazi

Tualetdə smartfondan istifadə etmək təhlükəlidir. Çünki telefon tualetdə oturmağa sərf olunan vaxtı uzadır və bu, bir sıra sağlamlıq problemlərin yaramasın səbəb olur.

Yenicag.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı koloproktoloq və tibb elmləri namizədi Vasili Qavrilov mətbuata açıqlamasında deyib.

“Tualetdə smartfonlardan istifadə pis vərdişdir, çünki birincisi, tualetdə qalma müddətini uzadır. Tualetdə uzun müddət oturmaq, bağırsaq hərəkətindən sonra da gərginlik meydana gəlir. Və stressdən, hemoroid artır. İkincisi, uzun müddət oturma ilə, alt ekstremitələrin damarlarının sıxılması, ayaqların uyuşması baş verir”- deyə mütəxəssis izah edib.

Eyni zamanda, Qavrilov qeyd edib ki, zəng, mesaj və ya pis xəbərlərin oxunması zamanı smartfon stress faktoru kimi çıxış edə bilər. Stress eyni zamanda relyef prosesinə və onun müddətinə mənfi təsir göstərir.

Qavrilov əlavə etdi ki, defekasiya, prinsipcə, sürətli və ani olmalıdır. Onun sözlərinə görə, qəbizlik olsa belə, kliniki tövsiyələrə görə, tualetdə üç dəqiqədən çox oturmaq olmaz.

Onun sözlərinə görə, insanların 57%-i telefonunu vanna otağında istifadə edir.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv