!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB 15 şəhid övladını Türkiyəyə Yay Düşərgəsinə göndərir - FOTO

!Reklam – Yazi

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) şəhid övladları üçün Türkiyədə düşərgə təşkil edib.

TÜİB «Qardaş Ailə» layihəsinin davamı olaraq «YAŞAT Fondu» ilə birlikdə yeni layihəyə başlayıb.

20 avqust 2023-cü il tarixində 15 şəhid övladı «Ay-Ulduz» kampı çərçivəsində İstanbul və Çanaqqala Yay Düşərgələrinə yola salınəb.
“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin və YAŞAT” Fondunun birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulda yay düşərgəsi keçiriləcək.

Cari ilin 20-30 avqust tarixində baş tutacaq düşərgədə şəhidlərimizin 16-18 yaş aralığında olan, ali məktəblərə qəbul imtahanında iştirak etmiş 15 nəfər oğul övladları iştirak edəcəklər.
Düşərgənin məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir.
Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Marmaracık Gənclik Kampı”nda keçiriləcək.

Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edəcəklər.
Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışların təşkili, seminarların keçirilməsi, ekskursiyalar və xüsusən tarixi Çanaqqalaya səfər nəzərdə tutulub.

TÜİB olaraq Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edir, şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik.

Xatırladaq ki, bu istiqamətdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoralın təşəbbüsü və TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihələr çərçivəsində indiyədək 2300-dən artıq şəhid aləsinə baş çəkilib və onlara mənəvi dəstək göstərilib.

Bundan əlavə, “Qardaş ailə” layihəmiz çərçivəsində artıq 5 şəhid ailəmiz Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir və Isparta şəhərinə səfər etmiş, dövlət qurumları tərəfindən böyük ehtiramla qəbul edilmiş və Türkiyədəki şəhid ailəsi ilə qardaşlaşmışdır. Layihə davam etməkdədir.

Həmçinin hal-hazırda 19 qazi və şəhid övladı Türkiyənin Sivas Universitetində TÜİB-in dəstəyi ilə təhsil alır.

Bu istiqamətdə həyata keçirilən layihələrimiz davam edir və müqəddəs əmanətlərimizin yanında olmaqdan qürur duyuruq.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv