!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB-in “İş Dünyamız” jurnalının yeni sayı işıq üzü gördü – MƏZMUN

!Reklam – Yazi

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) jurnalının 2022-ci ildə 5-ci sayı çapdan çıxıb.

Yenicag.az xəbər verir ki, TÜİB-in “İş Dünyamız” jurnalının yeni sayında ölkə iqtisadiyyatı, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı və qlobal iqtisadi proseslərə dair maraqlı materiallar yer alıb.

“İş Dünyamız” jurnalının builki may sayında TÜİB-in illik toplantısından, orada aparılan müzakirələr və çıxışlar, qurumun rəhbər orqanlarına keçirilmiş seçkilərin nəticələri və qarşıya qoyulan məqsədlərə dair təfərrüatlı reportaj dərc edilib.

Jurnalın bu sayında yayımlanan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla geniş müsahibədə kiçik və orta biznesin inkişafına yönəlik atılan addımlar ətraflı təsvir olunub, KOB subyektlərinin üzləşdiyi problemlər və onların həll yollarından geniş bəhs olunub.

Oxucular “İş Dünyamız”ın qeyd olunan sayında TÜİB rəhbəri Hüseyin Büyükfıratın və bir qrup sahibkarın təltif edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə də tanış ola biləcəklər.

Jurnalın bu sayında dərc olunan maraqlı materiallardan biri də Türkiyə ilə Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə baş tutan Rize-Artvin Hava Limanının açılış mərasimindən hazırlanmış geniş reportajdır.

Oxucular “İş Dünyamız”ın yeni işıq üzü görən sayında Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirlinin Azərbaycana, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfəri, qlobal ərzaq böhranı, Füzuli Beynəlxalq Hava Limanın inşası üzrə layihə meneceri Səlim Akbayla müsahibə, Türkiyə Prezidentinin Maliyyə Ofisi müdirinin müavini Nəcib Fazil Kaymakla, “As Nəqliyyat” MMC-nin direktoru Okay Turna ilə, “Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt iç və dış ticaret anonim” şirkətinin prezidenti Lokman Biterlə, “Məmmədoğulları” QSC İdarə Heyətinin sədri Azər Mirzəyevlə, Türkiyənin “KoçSistem” şirkətinin baş direktoru Mehmet Əli Akarca ilə, “SİKA Azərbaycan” şirkətinin direktoru Adəm Yayla ilə, “Mobil Group” şirkətinin direktoru Vüsal Xəlilovla müsahibələrlə, həmçinin Azərbaycanda biznes mühiti və digər mövzularda maraqlı materiallarla tanış ola biləcəklər.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv