!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TÜİB üzvləri DSMF nümayəndələri ilə görüşəcək

!Reklam – Yazi

15 dekabr 2021-ci il tarixində, saat 13.00-da (World Business Center Konfrans Salonu, 2-ci mərtəbə, Səməd Vurğun 43) TÜİB üzvlərinin Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və fondun digər səlahiyyətli şəxslərinin iştirakı ilə sual-cavab formatında görüşü keçiriləcəkdir.

Birliyimiz əvvəllər də olduğu kimi, öz qarşısına qoyduğu hədəf və məqsədlərə çatmaq, ətrafında birləşdirdiyi üzvlərinin fəaliyyətinə dəstək olmaq, onları doğru istiqamətləndirmək və biznes fəaliyyətində rastlaşdıqları məsələlərin həllini tapmaq üçün Azərbaycan Respublikasının dövlət strukturları, o cümlədən, nazirliklər, komitələr, xidmətlər və bir sıra digər müvafiq dövlət orqanları ilə hər zaman sıx əməkdaşlıq münasibətində olmağa davam etməkdədir.

Bu səbəblə tədbirlər planımız daxilində keçiriləcək görüşdə Azərbaycan Respublikasının “Sığorta haqqında”, “Əmək pensiyaları haqqında” qanunları və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığa dair Saziş”lə əlaqədar ümumi və fərdi problemlərin həllinə dair sualları cavablandırılacaqdır.

Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və fondun digər səlahiyyətli şəxsləri, Türkiyə Səfirliyinin aidiyyəti üzrə müşavirləri, TÜİB İdarə heyəti, TÜİB üzv şirkətlərinin rəhbərləri və digər dəvətlilər iştirak edəcəkdir.

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv