!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tük ürpədən HADİSƏ: Yeməyə dəvət etdiyi bütün qohumlarını ölümcül ZƏHƏRLƏDİ - FOTO

!Reklam – Yazi

Avstraliyada bir qadın ailəsinə mal əti və zəhərli göbələk ilə piroq yedizdirib.

Yenicag.az xəbər verir ki, hadisə yayda baş verib, lakin günahkar yalnız indi tapılıb.

Leonqatadan olan 49 yaşlı Erin Pattersonun məşhur “Vellinqton” piroqunu hazırlayıb, içini ət və  zəhərli göbələklərlə doldurub.

Ümumilikdə dörd qohum şam yeməyinə gəlib. Özünü pis hiss edən və xəstəxanaya ilk müraciət edənlər Erinin iki keçmiş qayınanası və bacısı olub. Onların hamısı sonradan ölüb.

Növbəti xəstəxanaya yerləşdirilən bacının əri, yerli pastor idi. Lakin həkimlər onu qaraciyər transplantasiyası ilə xilas edə biliblər.

Erin Pattersonun keçmiş əri nahara gəlməkdən imtina etdiyi üçün o sağ qalıb. Ehtimal edilir ki, qadın zəhərli piroqu xüsusi olaraq onun üçün hazırlayıb.

Polis qadını həbs edib. O, piroqu toadstool göbələyi ilə doldurduğunu etiraf edib.

Məlum olub ki, bir il əvvəl qadının keçmiş əri naməlum xəstəlikdən əziyyət çəkib, iki həftədən çox komada qalıb.

Xuraman Etibarlı

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv