!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tükənən Ukrayna və Qərbin YARDIM TƏRƏDDÜDÜ: “Kiyevin danışıqlara razılıq verməsi...”

!Reklam – Yazi

“Ukrayna Qərbdən kifayət qədər dəstək almasa, müharibəni davam etdirmək çox çətin olacaq”.

Bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın son hücum kampaniyasında ağır itkilər verməsini və Qərbin tərəddüdlü davranışlarını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Rusiya müharibəni tükəndirici məcrada davam etdirməklə, Ukraynanı danışıqlar masasında oturtmağa çalışır:

“Ukraynanın yay aylarında həyata keçirəcəyi hücum kampaniyasının müharibədə dönüş yaradacağı gözlənilirdi. Ancaq bu ümidlər özünü doğrultmadı. Bunun obyektiv səbəbləri də var idi.

Öncə bunu qeyd edə bilərik ki, Ukraynaya F-16 qırıcılarının verilməməsi hücum kampaniyasının effektivliyini çox azaltdı. Nəticədə Ukrayna hava məkanında üstünlüyü ələ ala bilmədi. Digər tərəfdən, Rusiya işğal etdiyi ərazilərdə bir neçə eşelonda dərin müdafiə sistemləri qurub və mümkün hücum zonasını minalayıb.

Ona görə də, Ukraynanın əks-hücum kampaniyası istənilən nəticəni vermədi. Qərbdə də bu müharibə ilə bağlı bir yorğunluq əmələ gəlib. Yaxın Şərqdə alovlanan gərginlik Qərbin diqqətini həmin regiona yönəldib. Bu səbəbdən, Ukraynaya yardım məsələsində Qərbin ciddi tərəddüdləri yaranıb.

Bütün bunlara görə Zelenski artıq bədbin açıqlamalar verməyə başlayıb. Həm də Zelenskinin o açıqlamaları cəmiyyətə bir mesajdır ki, gücümüz bu qədərinə çatdı. Ukraynanın ordu komandanı Zalujnı buna bənzər mövqe bildirmişdi. Ukraynanın insan resurslarının azalması da müharibənin gedişinə ciddi təssir göstərir.

Gündəlik sərf olunan silah-sursatın, sıradan çıxan hərbi texnikanın yeri doldurulmalıdır. Rusiya da bu vəziyyətdən faydalanmağa çalışır. Rusiya yorucu müharibəni davam etdirib, Ukraynanı masada oturtmaq niyyətindədir. Ukrayna masaya otursa, bu, işğalın rəsmiləşdirilməsi ilə nəticələnəcək. Yəni Ukrayna Qərbdən kifayət qədər dəstək almasa, müharibəni davam etdirmək çox çətin olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv