!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tunisdə gəmi qəzaya uğradı: İçində azərbaycanlılar da var

!Reklam – Yazi

Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayan gəminin heyəti arasında olan 2 Azərbaycan vətəndaşı xəsarət almayıb.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

“Aprelin 16-da Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub. Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir”, – deyə açıqlamada deyilir.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv