Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tural Abbaslı COVID-ə yoluxub? - Müəmmalı NƏTİCƏ: İlk test pozitiv, səhəri “neqativ”...

Ağ Partiyasının rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsi pozitiv çıxıb. 

Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan T. Abbaslı testin nəticəsindən narazı olduğunu bildirib.

O qeyd edib ki, aprelin 15-də müayinə üçün özəl xəstəxanaların birinə müraciət edib: “Bu zaman əlavə olaraq COVİD-19 testi də verməli oldum. Həmin gün axşam mesaj gəldi ki, testin nəticəsi pozitivdir. Yaşadığınız ərazini tərk etməyin. Məndə isə virusun heç bir əlaməti yox idi.

Aprelin 16-da başqa özəl xəstəxanada yenidən yaxma testi verdim. Nəticə neqativ çıxdı. Bir gün sonra qan testi verdim. Bu zaman da nəticə neqativ çıxdı.

Hazırda ilk analizin cavabları portala işləndiyindən mən evdən çıxa bilmirəm. Ola bilsin ki, xəstəliyi asimptomatik keçirirəm. Ancaq bütün hallarda bir neçə gün dalbadal verilən analizlərin cavabları bir-biriylə uzlaşmır. Ona görə də bir az evdə qalıb yenidən test üçün müraciət edəcəyəm”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış Report-a deyib ki, bu gün insanların ən çox rastlaşdığı hal pozitiv çıxan test nəticəsinin sonrakı gündə neqativ çıxmasıdır.

Onun sözlərinə görə, bu kimi hallara bütün dünyada qarşılaşmaq mümkündür:

“TƏBİB olaraq dəfələrlə bunun izahı verilib və yenidən izah etməyi özümüzə borc bilirik. Əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarında silinir və aşağı tənəffüs yollarına keçir. Digər səbəb ikinci dəfə materialın düzgün götürülməməsi ola bilər. Yəni, yaxma daha dərindən, udlaqdan götürülməlidir. Siyahını daha da uzada bilərik. Belə hallara Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi onda ibarətdir ki, şəxs test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya tədbirinə getməlidir. Bu, həm virusa yoluxan şəxsin, həm də ətrafdakı insanların təhlükəsizliyi və sağlamlığı üçün vacibdir”.

Loading...

www.yenicag.az

316
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100