!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tural Afaq Gəncəliyə SÖZ VERDİ: “Sənə məruzə edəcəm ki...”

!Reklam – Yazi

“Narahat olma, hər həftənin axırında mən sənə məruzə edəcəm”.

Yenicag.az xəbər verir bu sözləri ilk dəfə Afaq Gəncəlisiz veriliş aparan aparıcı Tural Əsədov efirdən Afaqa xitabən deyib.

O, “Səhər Mərkəzi” proqramında yeni aparıcını təqdim edərkən Afaqa səslənib:

“Mən adəti pozmaq istəmirəm. Adəti üzrə deyirəm ki, salam Afaq. Bu gün “Səhər mərkəzi” fərqli başladı. Hər həftənin axırında mən sənə məruzə edəcəm ki, Aysel verilişi necə apardı, nə elədi, nələr baş verdi… Əminəm ki, hər şey yaxşı olacaq”.

Afaqı əvəzləyən Aysel Novruzova isə Afaqa söz verib:

“Afaq sənin qoyduğun bu yeri məsuliyyətlə davam etdirərəm, heç kimi utandırmaram ”.

Qeyd edək ki, Afaq Gəncəli səhhəti ilə bağlı bir müddət verilişdən getdiyini açıqlayıb. Onu verilişdə Aysel Novruzova əvəzləyib.

Cəvahir

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv