!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tural Məmmədov Rusiyaya ekstradisiya edildi

!Reklam – Yazi

Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə hücum edən dəstənin rəhbəri Tural Məmmədovu Rusiya Baş Prokurorluğuna ekstradisiya edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Onun ekstradisiyası barədə qərar Rusiya tərəfinin müraciəti əsasında qəbul edilib. Məmmədov xuliqanlıqda və zor tətbiq etməklə milli zəmində nifrət və düşmənçilikdə ittiham olunur.

İstintaqın məlumatına görə, oktyabrın 15-də o, silahdaşları ilə birlikdə Sankt-Peterburqda ticarət və əyləncə mərkəzinin yaxınlığında ictimai şəkildə zorakılığa çağırıb və yoldan keçənləri döyüb.

Qrupun bir neçə üzvü tutulduqdan sonra Məmmədov hüquq-mühafizə orqanlarından gizlənib. O, Rusiya Baş Prokurorluğu adından beynəlxalq axtarışa verilib. Koordinasiyalı tədbirlər nəticəsində Məmmədov Azərbaycan ərazisində saxlanılmışdı./unikal

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv