!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Turan Economic Forum": "İqtisadi münasibətlərin yüksək səviyyəyə qaldırılması...” - Ekspert RƏYİ

!Reklam – Yazi

“Hazırda türk dövlətlərinin ÜDM göstəricisi 1 trilyon dollara yaxındır və bu ölkələrin qarşılıqlı iqtisadi əlaqələrinin gücləndirilməsinə önəmli təsirləri olacaq”.

Bu sözləri bu il Bakıda keçirilməsi planlaşdırılan “Turan Economic Forum” haqqında dəyərləndirmə həyata keçirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlmasında bildirib.

O qeyd edib ki, bu addımlar fonunda türk dövlətlərinin xarici investisiya və maliyyə qurumlarından asılılığını azaldacaq:

“Sözsüz ki, bu cür tədbirlərin təşkil edilməsi türk dövlətlərinin iqtisadi inkişafına müsbət təsir göstərir. Belə ki, iqtisadi münasibətlərin yüksək səviyyəyə qaldırılması, həmçinin qarşılıqlı təcrübə və investisiya mübadiləsinə geniş imkan yaradacaq. Bununla yanaşı türk dövlətlərinin xarici investisiya və maliyyə qurumlarından asılılığını azaldacaq. Bildiyimiz kimi, Türk Dövlətləri İnvestisiya Fondu və Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması istiqamətində təşəbbüslər mövcuddur. Təbii ki, bu layihə bölgə və Turan ölkələrinin iqtisadi baxımdan daha da təmərküzləşməsinə və iqtisadi inteqrasiyaya böyük təsir göstərəcək.

Hazırda türk dövlətlərinin ÜDM göstəricisi 1 trilyon dollara yaxındır və bu ölkələrin qarşılıqlı iqtisadi əlaqələrinin gücləndirilməsi onların siyasi mövqeyinin möhkəmləndirilməsinə şərait yaratmaqla yanaşı, həm də iqtisadi potensialının daha da artmasına önəmli təsirləri olacaq.

Nəzərə almaq lazımdır ki, bu dövlətlərin böyük iqtisadi potensialı və təbii resursları da yetəri qədərdir. Sadalanan bütün bu amillər nəinki türk dövlətlərinin qarşılıqlı əməkdaşlığı, həm də regiondakı mövqe və potensiallarının gücləndirilməsinə, həmçinin sahibkarların türk dövlətləri ərazisində fəaliyyətinin genişləndirilməsinə əhəmiyyətli təsirləri olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv