!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Turan İbrahimov “Space”dən gedən Müşfiq Hətəmov barədə: “Gəldi, borcları bağladı…”

!Reklam – Yazi

“Müşfiq Hətəmov kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü, mümkün olan bütün dəyişiklikləri etdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Turan İbrahimov deyib.

Turan “Space”dən gedən Müşfiq Hətəmovla bağlı fikirlərini bölüşüb:

“Space TV” reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün küllü miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşfiq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik-texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis-yaxşı, digər özəl televiziyalardan fərqlənməyən yeni proqram siyasəti tərtib etdi. Hazırda “Space TV” minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdı. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşfiq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdür, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin. Yolun hər zaman açıq olsun, etibarlı insan!”

Qeyd edək ki, bu gün “Space”in direktoru Müşfiq Hətəmov işdən çıxarılıb. Onun yerinə məşhur KVN-çi Vado Korovin gətirilib. Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov bu vəzifəyə 2021-ci ilin mayında təyin edilmişdi.

Cəvahir

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv