Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Turan Marşı

10169414_722688121122425_69804325367079863_nOcaq burda, qucaq burda, qor burda,

Bələk burda, köynək burda, gor burda.

Qılınc burda, bilək burda, zor burda,

Turan eli, bu gün Turan günüdü!

 

Səkkiz atdı, səkkiz ərən – səkkiz öz,
Kağızları nal pəncəsi – haqq qopuz!
Alay – alay gəlir hunqar, qaqauz,
Turan eli, bu gün duran günüdü!

Kırım ruhu qırım – qırım olarmı?!
Yaxın yolu qıvrım – qıvrım olarmı?!
Yəhər altda əyləm – devrim olarmı?
Təyfəş nədi, bu gün kərən günüdü!

Yakut oğlu, çiynimizə gön gətir.
Özbək əkə, yelbey atı min gətir.
Tatar qızı, qalxanımı sən gətir,
Turan eli, bu gün vuran günüdü!

Son çağrışdı, son atlanış, son yürüş!
Qara donlu, səninki də son duruş…
Qazax, qırğız, türkmən adı qurtuluş,
Odər babam adlar verən günüdü!

Urumçidən Göy Bayrağı al gətir!
Ad almışın kerəyinə sal gətir!
Ədirnədən köz dəyməmiş nal gətir,
Savalan döşündə törən günüdü!… (Tural TURAN)

www.yenicag.az

386