!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. Hazırda Qərb təmsilçisi 28 xalla 6-cı, Şamaxının eyniadlı klubu isə 20 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında cəmi 3 dəfə qarşılaşıb. Bunların 2-də Ayxan Abbasovun baş məşqçi olduğu komanda, 1-də isə Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv qalib gəlib. Vurulan topların sayı bərabərdir – 3:3.

Meydan sahibi olan komanda xal qazana bilməyib. “Turan Tovuz” hər üç qarşılaşmada bir qol vurub.

Turun son oyunu isə lider “Qarabağ”la “Kəpəz” arasında olacaq. “Köhlən atlar” 74 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan “sarı-göylər” isə 7-ci sırada yer alıb.

İki komanda arasında bunadək baş tutmuş 52 çempionat matçının 28-də Ağdam təmsilçisi, 14-də Gəncə klubu qələbəyə sevinib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində son Azərbaycan çempionunun aşkar üstünlüyü var – 72:56.

“Qarabağ” son 16 oyunda qol vurub. “Kəpəz” isə son 27 matçda qalib gəlməyib.

Azərbaycan Premyer Liqası
XXIX tur
9 aprel (bazar)

16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.

18:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” evdə “Zirə”ni , “Səbail” “Sabah”ı 2:1, “Neftçi” isə səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv