!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"TuranBank" "ASAN Məktub"la birgə uşaqların arzularını gerçəkləşdirdi - FOTO

!Reklam – Yazi

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan “TuranBank” “ASAN Məktub” layihəsi çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin övladlarının arzularını gerçəkləşdirib.

Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllülərlə birlikdə “ASAN Məktub” vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində bank İsmayıllı rayonunun Balik və Tircan kəndlərinin kiçik sakinlərini sevindirmişdir.

Məlumat üçün qeyd edək ki, “TuranBank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan Bankımız “ASAN Könüllüləri” Təşkilatı və “YAŞAT” Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

“TuranBank” həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını bundan sonra da davam etdirəcək.

TuranBank

Bizimlə etibarlıdır…

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv