!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turist zonasında tualet qiyməti 50-yə çıxdı

!Reklam – Yazi

İzmirin Çeşmə bölgəsində tualetə girişə haqq qoyulması müzakirə mövzusu olub.

Yenicag.az xəbər verir ki, yay aylarının gəlişi ilə Türkiyədəki istirahət mərkəzlərində qiymətlər yenidən ceyran belinə çıxıb.

Çeşmədə “tualet pulu” fotoları sosial şəbəkələrdə viral olub. Turistlər üçün istirahət mərkəzində fəaliyyət göstərən tualetlərin qiyməti təxminən 50 TL (3,76 AZN) təşkil edir. Sosial şəbəkələrin Türkiyə seqmentində qiymətlərin ağlasığmaz dərəcədə artması soyğunçuluq kimi qiymətləndirilib.

Bodrumdakı bəzi çimərliklərdə şezlonqların kirayəsi də fantastik qiymətə müştərilərə təklif edilir. Yay tətilini Türkiyədə keçirmək istəyən istəyən şəxslər 26 min TL (1700 AZN) ödəyərək bu xidmətdən yararlana bilərlər.

Xatırladaq ki, türk lirəsinin dollar qarşısında dəyər itirməsindən sonra ölkədə turizm sektoru da daxil olmaqla, bir çox sahələrdə qiymət artımları özünü büruzə verməkdədir./yenisabah/

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv