!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turistlərin 9 ayda Azərbaycanda nə qədər xərclədikləri açıqlandı

!Reklam – Yazi

2022-ci ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlar bank kartları vasitəsi ilə Azərbaycanda 1,7 milyard manatlıq əməliyyat aparıblar.

Yenicga.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Hesabata görə, bu da illik müqayisədə 863,5 milyon manat və ya 50,79% çoxdur.

Bu ilin sentyabr ayında isə əcnəbilərin bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat, yaxud 25,1% çoxdur.

www.yenicag.az

936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv