!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turizm Agentliyindən TENDER: Tonlarla araq və balıq alınacaq

!Reklam – Yazi

Azərbaycanda dövlət qurumu tender üsulu ilə tonlarla araq və qızıl balıq alır.

Yenicag.az FED.az-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi Qərbi Azərbaycan Mətbəxinin təqdimatının təşkil ilə bağlı xidmətlərin satın alınması üzrə tender elan edib.

Tender elanına əsasən, onlarla çeşiddə müxtəlif xörəklərin hazırlanması üçün qida maddələri alınacaq. Qərbi Azərbaycan Mətbəxinin təqdimatı bol süfrə olmaqla həyata keçiriləcək. Alınan məhsulların arasında 3 min litr ərik arağı və 6 ton qızıl balıq filesi də nəzərdə tutulur.

Elana əsasən müsabiqə 2023-cü il dekabrın 30-dan başlayıb. Tender üzrə tələb olunan sənədlər yanvarın 24-ü saat 12-dək təqdim edilməlidir. Təkliflər isə 1 fevral saat 18-dək təqdim olunmalıdır. Təkliflər olan zərflər isə fevralın 2-də açılacaq.

Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv