!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turizm sahəsində çatışmazlıqlar: “Dayanıqlı iqtisadi immun sisteminin formalaşması üçün…” - ŞƏRH

!Reklam – Yazi

“Təkcə tədqiqat bazasının formalaşdırılması deyil, daha artıq işlər görülməlidir”.

Bu sözləri yeni yaradılan Turizm Reyestrinin fəaliyyət istiqamətlərini dəyərləndirən iqtisadçı-ekspert Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Turizm Reyestrinin fəaliyyəti üçün beynəlxalq praktikadan da istifadə etmək mümkündür:

“Pandemiya dövründən sonra dünya iqtisadiyyatında turizm bumu müşahidə olunur. Belə bir vəziyyətdə hər bir ölkənin öz turizm potensialını təkmilləşdirməsi üçün tədqiqatlar bazasının olması olduqca önəmlidir. Digər tərəfdən, dünya ölkələrinin müasir turizm potensialına, turist axınlarına qarşı adaptiv mexanizm və dayanıqlı iqtisadi immun sisteminin formalaşması üçün turizm reyestrinin fəaliyyəti olduqca önəmlidir. Düşünürəm ki, bu fəaliyyət çoxşaxəli olmalıdır. Təkcə tədqiqat bazasının formalaşdırılması deyil, daha artıq işlərin görülməsi vacibdir.

Ölkədə turizm sənayesinin perspektivi, turizm məhsullarının inkişafı, hotel və hostellərin vəziyyəti və digər bu kimi faktorların araşdırılaraq inkişaf strategiyası hazırlanmalıdır.

Bununla yanaşı, dünya təcrübəsində turizm reyestri anlayışında olan metodların tətbiqindən də yararlanaraq müsbət tendensiyalar səciyyələndirilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın turizm potensialı yüksək səviyyədədir. Lakin burada ciddi şəkildə PR metodlarından istifadə olunmalı və gələn turisti qarşılayacaq turistik bazanın da olması önəm daşıyır. Xüsusən də hotellərin və ictimai iaşə obyektlərinin durumuyla bağlı nəzarət tədbirləri də həyata keçirilməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv