!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Turizm xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə kömək edir” – Özbəkistanlı Komitə sədri

!Reklam – Yazi

“Özbəkistanın Turizm Komitəsi Azərbaycanın Turizm üzrə Dövlət Agentliyi ilə istər ikitərfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir”.

Bu fikirləri Azərbaycan-Özbəkistan turizm əlaqələrinin mövcud vəziyyətini dəyərləndirən Özbəkistan Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsinin sədri Umid Şadiyev Yenicag.az-a açıqlamasında deyib.

Ümid Şadiyev

Komitə sədrinin sözlərinə görə, iki ölkə arasında qarşılıqlı turizm səfərlərinin artırılması üçün geniş imkanlar var:

“Özbəkistanla Azərbaycan arasında münasibətlər çoxəsrlik kökü olan möhkəm dostluğa əsaslanır. Burada həm də ortaq milli ənənələr, adət, dil, mədəniyyət və din amillərini əlavə edə bilərik.

O baxımdan, bu münasibətlər həm müxtəlif sahələri əhatə edən dövlətlərarası əlaqələrdən, həm də iki xalqın əsrlərin dostluğuna söykənən dialoqundan ibarətdir. Turizm isə bu dostluğun qorunmasına və möhkəmləndirilməsinə kömək edir.

Özbəkistanın Turizm Komitəsi Azərbaycanın Turizm üzrə Dövlət Agentliyi ilə istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bu çərçivədə iki ölkənin turizm biznesi ilə KİV təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunur.

Məsələn, biz 2022-ci ilin yayında ölkəmizin turizm potensialını Özbəkistanda tanıtmaları üçün Azərbaycana jurnalistlərdən və trevel-bloqerlərdən ibarət böyük nümayəndə heyəti göndərmişdik.Öz növbəmizdə biz də Azərbaycanın Turizm Agentliyinin nümayəndə heyətini ölkəmizdə qəbul etdik. Azərbaycanlı həmkarlarımız səfər çərçivəsində Özbəkistanın turizm sahəsində idarəetmə sistemi və bu sferanın fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış oldular. Bu tədbirlərin nəticəsi olaraq, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Proqram qəbul edildi.

Eyni zamanda, “Özbəkistan Azərbaycanın tanınmış rəssam və fotoqraflarının gözü ilə” adlı maraqlı layihə həyata keçirildi. Həmin layihə əsasında birgə foto və rəsm sərgiləri təşkil olundu.

Azərbaycan heyəti bu sahəyə dair Özbəkistanda təşkil olunan beynəlxalq turizm yarmarkaları, forum və sərgilərdə, o cümlədən, “İpək Yolunda turizm” yarmarkasında fəal iştirak edib. Həmçinin Özbəkistan da Azərbaycanda keçirilən analoji tədbirlərdə geniş heyət və milli stendlərlə təmsil olunur.

2022-ci ildə Azərbaycandan 10 mindən çox turist Özbəkistana, bizdən isə 11 min nəfər sizin gözəl ölkəyə səfər edib. Bu il həmin rəqəmlərin təqribən 50 faiz artacağı gözlənilir. Qeyd etmək lazımdır ki, bu göstəricini onlarla dəfə artırmaq üçün yetərli potensial var. Fikrimcə, bu imkanlardan səmərəli istifadə olunacaq”.

https://novayaepoxa.com/umid-shadiev-uzbekistan-aktivno-prod/465993/

Rüstəm Qasımov

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv