!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turizmin iqtisadiyyata TƏSİRİ: “Məsələyə təkcə turistik baxımdan yanaşmayaq” - MÖVQE

!Reklam – Yazi

“Turist axınları gələcəkdə ölkəyə investisiya qoyuluşuna çevrilmək imkanına malikdir”.

Bu sözləri Azərbaycan və Pakistan arasında mövcud turist axınına münasibət bildirən turizm üzrə ekspert Əziz Şiriyev Yenicag.az-a açıqlamasında qeyd edib.

O həmçinin bildirib ki, turizm diplomatiya kimi həssas mövzulardan biridir və bu istiqamətdə bir neçə məsələyə diqqət yetirmək lazımdır:

“Ümumiyyətlə, Pakistan və Türkiyə bizə qardaş olan ölkələrdir. Pakistanla aramılzda münasibətlər yüksək səviyyədədir. Bu ölkədən gələn tuiristlər heç də az sayda deyil. Əksinə, böyük üstünlük təşkil edirlər. Hətta bu yaxınlarda səfər edən turist qrupu 3500 nəfərdən ibarət idi və burada müəyyən tədbirlərdə iştirak etmişdirlər. Bu, turizm sahəsi çox gəlirlidir. Belə ki, bu ölkəyə kapital axını deməkdir. Sözügedən amil ölkədə iqtisadi inkişafa müsbət təsir göstərir. Otel və restoran sistemləri, iaşə obyektləri və ticarət mərkəzləri – bir sözlə bütün sahələrə təsir etməkdədir.

Məsələyə təkcə turistik baxımdan yanaşmayaq. Həmçinin də turist axınları gələcəkdə ölkəyə investisiya qoyuluşuna çevrilmək imkanına malikdir. Yeni layihələrə, eləcə də işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin təşkilində rol oynaya bilər.

Bir məsələni də nəzərə almaq lazımdır. Xarici vətəndaşın birbaşa olaraq ölkəmizdə şirkət açıb dempinq yoluyla qiymətləri azaldaraq tur satışları təşkil etməsinin qarşısı alınmalıdır. Çünki heç bir xarici vətəndaş ölkəmizi bizdən çox sevə bilməz. Eyni zamanda ölkəmizin təbliğində bizdən çox canfəşanlıq edə bilməz. Nümunə olaraq deyə bilərik ki, adicə İrana turistik səfər etdikdə bələdçilər ölkələrinin mədəniyyətini özlərinəməxsus şəkildə həyata keçirirlər. Bu da bizdə qıcıq oyada və ölkəmizin əks-təbliğatı ola bilər. Nəzərə almalıyıq ki, turizm işi diplomatiya kimidir. Bu mövzuya ciddi yanaşmaq lazımdır. Çünki bu amil ölkənin iqtisadiyyatı ilə yanaşı imicinə də müsbət və ya mənfi təsir göstərə bilər. Bu baxımdan dövlətin və şirkətlərin apardıqları strategiya bundan ibarətdir ki, ölkəmizin iqtisadiyyat və imicinə müsbət təsir edən tendensiya davam etsin”.

Yusif Səmədzadə

www.yenicag.az

1858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv