!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Akademiyasında Ziya Bünyadovun 100 illiyi münasibətilə tədbir keçirildi - FOTOLAR

!Reklam – Yazi

Türk Akademiyasında azərbaycanlı tarixçi,akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Qazaxıstanın paytaxtı Astana şəhərində “Elm adamı kimi Ziya Bünyadov və onun Türkologiyaya töhfələri” başlığı altında keçirilib.

Türk Akademiyası və Qumilyov adına Avrasiya Milli Universitetinin birgə əməkdaşlığı ilə baş tutan tədbirdə, Akademiyanın prezidenti Şahin Mustafayev, ölkəmizin Qazaxıstan Respublikasındaki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, Qazaxıstan Parlamentinin deputatı Darhan Kidirali, tanınmış elm və ictimaiyyət xadimləri iştirak edib.
Tədbirdə iştirakçı qismində digər türkdilli dövlətləri təmsil edən elm adamları, azərbaycanlı alimin həyatı,elmi yaradıcılığı və ictimai fəaliyyəti haqqında mühazirələr oxuyub.

Tədbir çərçivəsində Ziya Bünyadovun anadan olmasının 100-cü ildönümü münasibətilə çap olunan “Mərkəzi Asiyadakı qədim Türk yazıları” əsərinin təqdimat mərasimi də keçirilib./apa

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv