!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türk Dövlətləri Birliyi "digital" pul vahidi dövriyyəyə buraxa olar" - ŞƏRH

!Reklam – Yazi

Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi rəqəmlərinə görə, dünya ölkələrinin ehtiyat “yastığı” 2013-cü ildə 11 trilyon 700 milyard dollar dəyərində olub, bu məbləğın cəmi 3 trilyon 810 milyardı dollarda, yerdə qalan hissəsi digər valyutalar, qiymətli kağızlar və qızılda saxlanılırdı. Üç il sonra, yəni 2016-cı ildə dünya ölkələrinin ehtiyat vəsaiti 10 trilyon 720 milyard dolar idi və bu məbləğın artıq 5 trilyon 500 milyardı dollarda, yerdə qalanları isə digər aktivlərdə idi. Növbəti üç ildə, yəni pandemiyadan öncəki 2019-cu ildə ölkələrin ehtiyat vəsaiti 11 trilyon 820 milyard dollara qalxdı və bunun 6 trilyon 730 milyardı dollarda idi. 2021-ci ildə ölkələrin ehtiyat vəsaiti 12 trilyon 920 milyard dollara qalxdı və bu vəsaitin 7 trilyon 90 milyardı sırf dollarda saxlanılırdı. Göründüyü kimi, dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artıb.

“Türk Dövlətləri Birliyi yaxın 10 ilə ortaq “digital” pul vahidi dövriyyəyə buraxa olar”.

Yenicag.az xəbər verir ki, bunu hesabatla bağlı iqtisadçı Natiq Cəfərli öz fikirlərini bölüşərkən deyib.

O, vurğulayıb ki, qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq:

“Bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır. Çünki Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir. 2011-2021-ci illər arası Çin valyutası bir dollara qarşı 6,22 yuanla 7,10 yuan arası dəyişib, oynaqlıq çox azdır, bu isə yuanı cəlbedici edir. Lakin yuanın ən zəif nöqtəsi odur ki, dollara, ABŞ iqtisadiyyatına çox bağlıdır. ABŞ-Çin qarılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci ilə nisbətən 28,7% artaraq 755 milyard 640 milyon dollar olub. ABŞ uzun illərdir ki, Çinin 1 nömrəli ticarət tərəfdaşıdır. Rusiya isə Çinin ticarət dövriyyəsidə 11-ci yer tutur.

Fraqmentallaşan dünyada regional güclərin yaranması, möhkəmlənməsi regional valyutaların da yaranıb-güclənməsinə səbəb ola bilər. Bu mənada Türk Dövlətləri Birliyi yaxın 10 ilə ağılla plan qurub işləməklə, özlərinin ticarət əlaqələrini gücləndirmək yollarından biri kimi ümumi valyutanın yaradılması haqqında da düşünməlidirlər. Bu klassik “kağız pul” olmaya da bilər. Sadəcə ölkələrin öz valyutalarını saxlamaq şərti ilə, ortaq “digital” pul vahidi, məsələn, “elektron akçe” dövriyyəyə buraxa bilər. Bu addım TDB-nin qarşılıqlı ticarəti sürətləndirmək üçün geniş perspektivlər aça, Birliyin “dollar, avro və yuan dünyası” ilə də iqtisadi münasibətlərin artmasına səbəb ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv